Rəsmi Ankara: Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini özləri həll etməlidirlər

Rəsmi Ankara: Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini özləri həll etməlidirlər
10:08 6 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Rufiz Hafizoğlu - Trend:

Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini öz aralarında və dialoq yolu ilə həll etməlidirlər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalının yazılı bəyanatında deyilir.

İ.Kalın qeyd edib ki, hazırkı məqamda regionun sabitliyə və iqtisadi artıma ehtiyacı var və bütün regional ölkələr diqqəti bu prinsiplərə cəmləməlidir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2763137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR