İşlənmiş telefon alarkən DİQQƏTLİ OLUN - VİDEO

İşlənmiş telefon alarkən DİQQƏTLİ OLUN - VİDEO
10:13 6 İyun 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda telefon dükanlarının birindən ikinci əl telefon alan şəxsin aldığı telefon oğurluq çıxıb.

“28 May” metrosu yaxınlığındakı dükanlardan birindən 310 manata telefon alaraq qayınatasına hədiyyə edən şəxsə polisdən zəng gəlib ki, telefon oğurluqdur. Çox çəkməyib ki, həmin telefon vətəndaşdan alınıb. İndi həmin şəxs bir aylıq zəmanət kartı ilə pulunu mağazadan ala bilmir.

Mağazanın sahibi Cavid Mövsümov bildirib ki, telefonu bir nəfərdən şəxsiyyət vəsiqəsinin sürəti ilə alıblar. Onun oğurluq olmasından xəbərləri olmayıb.

Hadisə ilə bağlı Dəmir Yolu Nəqliyyatında Polis idarəsində araşdırma aparılır.

Ətraflı materialı təqdim edirik:

(xezerxeber)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/201494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR