Müəllim tələbə qıza əxlaqsız təklif etdi

Müəllim tələbəsinə cinsi əlaqə müqabilində qiymət yazmağı təklif edib.

Metbuat.az bildirir ki, hadisə Türkiyənin Mersin Universitetində qeydə alınıb. Müəllimindən iki ildir qiymət ala bilmədiyi üçün məzun ola bilməyən S.D. adlı tələbə cinsi əlaqə müqabilində buna nail olub.

Müəllimi tərəfindən cinsi təcavüzə məruz qalan tələbə bununla bağlı polisə şikayət edib. Cinsi təcavüz səbəbiylə məhkəməyə çıxarılan İ.K. adlı müəllimə həbs cəzası verilməyib.

Hadisədən sonra universitet rəhbərliyi müəllimlə bağlı araşdırmalara başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR