Yüz minlərlə insan "Mən Charlie-yəm" dedi - FOTOSESSİYA

Yüz minlərlə insan "Mən Charlie-yəm" dedi - FOTOSESSİYA
11:05 8 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasına terror hucumu bütün Fransanı silkələyib. 12 nəfərin ölümü, 10 nəfərin ağır yaralanması ilə sonuclanan teraktdan sonra on minlərlə fransalı küçələrə çıxaraq cinayətkarların tapılmasını, qanun çərçivəsində sərt cəzalanmasını tələb ediblər.
Mitinqlərdəki insanların əllərində "Je suis Charlie" ("Mən Charlie-yəm) yazılmış şüarlar vardı.
 
Milli.Az Le Monde-a istinadən bildirir ki, redaksiyada həlak olanlar 2 polis zabiti, 10 jurnalist və karikaturaçılardır. Həlak olanlar arasında "Charlie Hebdo"nun baş redaktoru Stefan Şarboyen və məşhur rəssam Jan Kabyu da var.
Parisin baş prokuroru Fransua Molenin dediyinə görə, 11 yaralının 4-nün durumu kritikdir.
 
Səid və Şərif Kuaşi qardaşları redaksiya binasına girəndə bir polisi güllələyiblər. Üçüncü mərtəbəyə qalxan terrorçular redaksiya şurasının toplantı zalında gülləbarana başlayıblar. Bu zaman 8 jurnalist və jurnalın rəhbərliyinin təhlükəsizliyini təmin edən polis zabiti qətlə yetirilib.
Toplantıya dəvət olunmuş bir şəxs də aldığı yaralardan keçinib.
 
Twitter-də " #JeSuisCharlie" heşteqi ilə yüz minlərlə tvit yazılaraq terror aktı qətiyyətlə pislənib.
 
Dublin, Edinburq, Amsterdam, Nyu-York, Brüssel, Madrid, San Paulu, Roma, Berlin, Vyana, Moskva, habelə Tunis, Lima, Rio de Janeyro və Madaqaskarda da etiraz nümayişləri keçirilib.
 
Mitinqlərə çıxmış insanlar "Charlie Hebdo"nun redaksiyasına hücum etmiş insanların, onları idarə edənlərin, bu teraktı hazırlayanların bağışlanmayacaqlarını bildiriblər.
 
Parisdə və Brüsseldə meydanlara çıxmış on minlərlə insan əllərində söz azadlığının rəmzi olan qələm də tutmuşdular.
 
Milli.Az
 





















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR