Metro istifadəçilərinin nəzərinə (FOTO)

Metro istifadəçilərinin nəzərinə (FOTO)
10:43 6 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Neftçilər" stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, yenilənmə tədbirlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulub.

1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb. Yenilənmə tədbirləri çərçivəsində vestibüllərdə elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri yerinə yetiriləcək.

Sərnişinlərin hərəkətini məhdudlaşdırmamaq məqsədilə təmir mərhələli şəkildə aparılacaq. Müvafiq iş şəraitini yaratmaq, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənəcək.

Yeniləşmə tədbirlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2016-cı ildə stansiyanın keçidləri təmir edilərək, döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adına uyğun mozaik pannolar vurulub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR