Fuad Ələsgərov: “Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır”

Fuad Ələsgərov: “Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır”
10:53 6 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

“Bu gün Azərbaycan iqtisadi dayanıqlığa əsaslanan ölkədir. Ölkədə insan hüquq və azadlıqları tam təmin edilib”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və ombudsmanlarının 3-cü iclasında çıxışı zamanı bildirib.

F.Ələsgərov deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun yaradılmasına böyük əhəmiyyət verir:

“Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir neçə beynəlxalq yarışlar, tədbirlər keçirilib".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/201500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR