"Qətər məsələsi" neft bazarını silkələdi - Qiymətlər düşür

"Qətər məsələsi" neft bazarını silkələdi - Qiymətlər düşür
11:05 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bir neçə Ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələrini kəsməsi artıq neftin dünya bazar qiymətinə təsir göstərir. Bir sıra gözləntilərin əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir. Artıq Brent markalı neftin hər barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

İqtisadçının fikrincə, qiymətin aşağı düşməsi OPEK üzvü olan ölkələr arasındakı dimplomatik gərginliklə bağlıdır: "Belə ki, bu gərginliyə görə OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərir. Praktik olaraq, "Qətər məsələsi" OPEK üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl eməsinin monitorinq imkanlarnı xeyli məhdudlaşdırır. Digər tərəfdən, gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Bundan başqa, Səudiyyə Ərəbistanının Qətəri blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var".

V.Bayramov qeyd edib ki, körfəz ölkələrində müşahidə edilən son diplomatik gərginlik OPEK-in neft bazarına təsir imkanlarını xeyli məhdudlaşdırmaqla yanaşı, hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini də çətinləşdirib: "Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmazsa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/551609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR