Məşhur diktor yenidən Türkiyəyə gedir - Müayinə üçün

Məşhur diktor yenidən Türkiyəyə gedir - Müayinə üçün
11:09 6 İyun 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov xəstəxanadan evə buraxılıb.
 
Bu barədə APA-ya Rafiq Hüseynovun özü məlumat verib. R. Hüseynov müayinə üçün Türkiyəyə getməyi planlaşdırdığını açıqlayıb:
 
“Deyə bilmərəm ki, yaxşıyam, yaxşı olmaqdan keçib. Müalicələr davam edir, həkim nəzarəti altındayam. Yenidən Türkiyəyə getməliyəm ki, müayinə olunum. Onkoloji xəstəlik məni incitmir, onun fəsadları aradan qalxıb. İndi müxtəlif xəstəliklərdən əziyyət çəkirəm. Diaqnoz bir xəstəliklə bağlı deyil. Sağlıq olsun, gedim Türkiyəyə, görək həkimlər nə deyir”.
 
Qeyd edək ki, R. Hüseynov mayın 16-dan Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunurdu.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR