“Zəng belə etmədi, sms-lə mənə dedi ki…”

"O xanım məni çox pis vəziyyətdə qoydu".

Metbuat.az xəbər verir ki, bu sözləri məşhur stilist Elnarə Bəkirova aktrisalardan ibarət keçirdiyi dəfilədə yaşadığı problemlər haqda “Gəlin danışaq” verilişində danışarkən deyib. O, çox zəhmət çəkdiklərini, amma hər şeyin yaxşı keçdiyini bildirib:

“Bütün aktrisalar sağolsunlar, əllərindən gələn hər şeyi etdilər. Amma biri var ki, hər şey hazır olsa da, son anda imtina etdi. Və bu xəbəri mənə zəng belə edib demədi. Sms ilə bildirdi ki, gəlməyəcək. Çox pis vəziyyətdə qoydu məni. Bütün paltarlar onun əyninə hazırlanmışdı. Amma şükür ki, hər şey həll olundu və gözəl keçdi”.

Dilarə Zamanova


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR