"AccessBank" yeni əmanət kampaniyasına başlayıb

"AccessBank" yeni əmanət kampaniyasına başlayıb
11:12 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ "AccessBank" ASC 15 illik yubileri ilə əlaqədar “Sabit əmanət” adlı əmanət kampaniyasına başlayıb. 
Bankdan "Report"a verilən məlumata görə, iyunun 30-na qədər davam edəcək kampaniya çərçivəsində müştərilər manatla əmanət hesabı açıb, vəsaiti ABŞ dollarında geri götürə bilərlər. 
Əmanətçilər pulunu müddətinin sonunda və yaxud vaxtından əvvəl götürmələrindən asılı olmayaraq bu imkandan faydalana biləcəklər.
Kampaniya çərçivəsində yerləşdirilən əmanətlərin illik gəlirliliyi 15%-dir və Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Bu təklif həm fiziki, həm də hüquqi şəxslər üçündür. 
Xatırladaq ki, "AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accessbank-yeni-emanet-kampaniyasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR