ABŞ vitse-prezidenti: "Rusiya və İran dünyanı SSRİ dağılandan sonra ən təhlükəli vəziyyətə gətirib"

ABŞ vitse-prezidenti: "Rusiya və İran dünyanı SSRİ dağılandan sonra ən təhlükəli vəziyyətə gətirib"
11:17 6 İyun 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya SSRİ dağılandan sonra ən təhlükəli vəziyyətə gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu bəyanatla ABŞ-ın vitse-prezidenti Mayk Pens Atlantik Şurasının iclasında çıxış edib.
 
O, Rusiya, İran və terrorçuluğu eyni sıraya qoyub.
 
"Rusiyanın beynəlxalq sərhədləri güc yolu ilə dəyişdirmək, İranın isə Yaxın Şərqdə vəziyyəti qlobal terrorçuluq həddinə qədər gərginləşdirmək cəhdləri - hansı ki, terror istənilən vaxt, istənilən yerdə baş verə bilər - dünyanı SSRİ dağılandan indiyə kimi ən təhlükəli hala gətirib", - Pens bildirib.
 
Onun sözlərinə görə, ABŞ NATO çərçivəsində öhdəliklərinə sadiqdir və hesab edir ki, Alyans üzvlərindən birinə hücum bütünlükdə hərbi bloka hücum deməkdir.
 
Qeyd edək ki, bundan əvvəl Litva prezidenti Dalya Qribauskayte də Rusiya və Belarusun varlığını Baltikyanı ölkələr və Polşa üçün başlıca təhlükə adlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR