Mərkəzi Bank uçot dərəcəsini endirə bilər - PROQNOZ

Mərkəzi Bank uçot dərəcəsini endirə bilər - PROQNOZ
11:33 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ortaillik inflyasiyasının 13% səviyyəsində olacağını proqnozlaşdırır. "Interfax" agentliyi xəbər verir ki, bu barədə bankın proqnozunda deyilir.

Bankirlər proqnozuna əsasən, 2018-ci ildə ortaillik inflyasiya 7,2%-dək geriləyəcək.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2017-ci ilin yanvar-aprel aylarında ortaillik inflyasiya 13,5% təşkil edib.

Bankın analitikləri hesab edir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu il uçot dərəcəsini dəyişməz saxlayacaq. "Buna baxmayaraq, AMB 2018-ci ildə uçot dərəcəsi 15%-dən 12%-dək endirə bilər", - deyə bankirlər qeyd edib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/201506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR