"Azərbaycan yığması fırtınaya düşmüşdü" - RÜSVAYÇILIĞIN ŞƏRHİ

"Azərbaycan yığması fırtınaya düşmüşdü"  - RÜSVAYÇILIĞIN ŞƏRHİ
11:47 6 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Oyun tam üstünlüyümüz şəraitində keçdi. Uşaqlar ilk yarıdaca verilən tapşırıqların öhdəsindən gəldilər". Fanat.Az xəbər verir ki, bu sözləri dünən Avstriyada U-21 millimizin qapısından 5 cavabsız top keçirən Çexiya yığmasının çalışdırıcısı Vitezslav Laviçka deyib.



Mütəxəssis yetirmələrinin həmlələri qarşısında aciz qalan təmsilçimizin özünü itirdiyini söyləyib: "Azərbaycan yığması sanki fırtınaya düşmüşdü. Erkən qol rəqibin vəziyyətini bir qədər də çətinləşdirdi. 3 qolu standart vəziyyətdən vurduq. Sonra da ardı gəldi... Sınaq oyunu olsa da, qələbə qazanmaq əsas məqsədimiz idi. Şadam ki, bacardıq”.


 

Avropa çempionatında Almaniya, İtaliya və Danimarka yığmaları ilə eyni qrupda mübarizə aparacaq komandanın baş məşqçisi daha sonra əlavə edib: “Avropa çempionatında bizə asan olmayacaq. Rəqiblərimiz çox güclüdü. Heyəti düzgün qurmalıyıq. Start "11-lik"də oynamağa layiq futbolçularımız çoxdu”.

 


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycan-ymas-frtnaya-dumuduquot-t58552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR