Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunacaq

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunacaq
11:47 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ İyunun 7–16-da Beynəlxalq Dəniz Təşkilatının (IMO) Londonda (Böyük Britaniya) yerləşən baş qərargahında qurumun Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyası keçiriləcək. 
Bu barədə "Report"a Azərbaycan Dövlət Dəniz Administrasiyasından bildirilib. 
Məlumata görə, Azərbaycanı 1995–ci ildən üzv olduğu adıçəkilən IMO-nun sessiyasında qurumun rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Sessiyanın gündəliyinə etimadnamələr haqqında məruzə, IMO-nun igər üzvlərinin qərarları, əsas sənədlərə dair düzəlişlərin qəbulu və nəzərdən keçirilməsi, qurumun sənədlərinin erkən tətbiqi, dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, yük və konteynerlərin daşınması, çirklənmənin qarşısının alınması və cavab tədbirləri, insan amili, təlim və növbəçəkmə, gəmi dizaynı və konstruksiyası, naviqasiya, kommunikasiya, axtarış və xilasetmə, gəmi sistemləri və avadanlıqları, yeni tədbirlərin tətbiq edilməsi üçün potensial imkanların yaradılması, dəniz üzgüçülüyünün təhlükəsizliyinin qiymətləndirilməsi, gəmilərə edilən silahlı basqın və dəniz quldurluğu, qeyri-qanuni miqrasiya, IMO alətlərinin implementasiyası, beynəlxalq təşkilatlarla əlaqələr və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. 
Sessiya zamanı “Dənizdə insan həyatının mühafizəsi haqqında 1974–cü il tarixli Beynəlxalq Konvensiya”ya (SOLAS), “Qaz və aşağı alışma temperaturuna malik digər yanacaqdan istifadə edən gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə”yə (IGF Code), “Yüksək sürətli gəmi haqqında 1994–cü il tarixli Beynəlxalq Məcəllə”yə (1994 HSC Code), “Yüksək sürətli gəmi haqqında 2000–ci il tarixli Beynəlxalq Məcəllə”yə (2000 HSC Code), “Xilasedici vasitələr haqqında Beynəlxalq Məcəllə”yə (LSA Code), “Qalama üsulu ilə daşınan bərk yüklər haqqında Beynəlxalq Məcəllə”yə (IMSBC Code) təklif edilən düzəlişlər nəzərdən keçiriləcək.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-beynelxalq-deniz-teskilatinin-sessiyasinda-temsil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR