Almaniya Futbol İttifaqı: Dünya Çempionatının terroru dəstəkləyən ölkədə keçirilməsi yolverilməzdir

Almaniya Futbol İttifaqı: Dünya Çempionatının terroru dəstəkləyən ölkədə keçirilməsi yolverilməzdir
12:12 6 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Almaniya Futbol İttifaqı (DFB) Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Almaniya hökuməti ilə Qətərdə yaranmış siyasi böhranla bağlı vəziyyəti müzakirə edəcək.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə DFB-nin rəhbəri Raynhard Qrindel bildirib.
"Dünya Çempionatının başlamasına 5 il vaxt qalıb. Bu müddət ərzində siyasi bir həll tapmaq lazımdır, boykotla hədələmək yox. Bir şey aydındır ki, futbol ictimaiyyəti belə böyük turnirlərin terroru fəal şəkildə dəstəkləyən ölkələrdə keçirlməməsi fikri ilə razılaşmalıdır", - deyə R.Qrindel qeyd edib.
Qeyd edək ki, artıq səkkiz ölkə - BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Onlar əmirliyi terrorizmi dəstəkləməkdə ittiham edirlər.
Xatırladaq ki, Qətərdə Dünya Çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/almaniya-futbol-i-ttifaqi-dunya-cempionatinin-terroru-destekleyen-olkede-kecirilmesi-yolverilmezdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR