Zeynəb “Miss Chess Uqra” seçilə bilər - FOTO

Zeynəb “Miss Chess Uqra” seçilə bilər - FOTO
12:12 6 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

İyunun 17-26-da Xantı-Mansiyskdə keçiriləcək komandalararası dünya çempionatına qatılacaq 10 ən gözəl qadın şahmatçının adı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarış öncəsi müəyyənləşən Top-10-da azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarovanın da adı var.

O, Natalya Buksa (Ukrayna), Karina Şzepkovska (Polşa), Ti May Hunq Hquyen (Vyetman), Venyun Ju (Çin), Tanya Saçdev (Hindistan), Valentina Qunina (Rusiya), Bela Xorenaşvili (Gürcüstan), Katerina Nemçova (ABŞ) və Xalid Mona (Misir) ilə birgə siyahıda yer alıb. "Top-10"u açıqlamaqda digər məqsəd mundialın ən gözəlini müəyyənləşdirməkdi. Artıq bunun üçün chess.pw saytında səsverməyə də start verilib. Məmmədyarova "Miss Chess Uqra" müsabiqəsində hələlik yalnız Buksadan geri qalır. Ukraynalı şahmatçı təmsilçimizi 3 səs qabaqlayır.
 
Qeyd edək ki, qalibin adı iyunun 15-də açıqlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR