Rusiya Avropa Şurasına olan borcunu ödəməyəcək: 11 milyon avro

Rusiya Avropa Şurasına olan borcunu ödəməyəcək: 11 milyon avro
12:14 6 İyun 2017
31 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Avropa Şurasına ilin sonunadək qalan borcunu ödəməyəcək. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Volodinin dediyinə görə, borcun məbləği 11 milyon avroya yaxındır.

“Söhbət mərhələli maliyyələşdirmədən gedir. İlin sonuna qədər olan borc isə ödənməyəcək”.

Xatırladaq ki, Rusiya 2014-cü ilin aprelindən, Donbasda və Krımda baş verənlərdən sonra Avropa Şurası Parlament Assambleyasında səlahiyyətlərini və səsvermə hüququnu itirib.

Rusiya indiyədək Fransa, Böyük Britaniya, Almaniya, Türkiyə ilə birlikdə Avropa Şurasının əsas maliyyəçilərindən idi.

Bir qədər əvvəl isə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski ölkəsinin AŞPA-nın reqlamenti dəyişməyənə qədər bu təşkilata qayıtmayacağını söyləmişdi: “Nə qədər ki, Avropa Şurası Parlament Assambleyasının reqlamentinə yenidən baxılmayıb, biz bu qurumun işində tam formatda iştirak etməyəcəyik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR