Zakir Qaralov: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə daim gücləndirilir"

Zakir Qaralov: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə daim gücləndirilir"
12:22 6 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.

Z.Qaralov vurğulayıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik beynəlxalq hüquqa uyğunlaşdırılıb və tam təkmilləşdirilib, işlək istitusional mexanizm yaradılıb və onun səmərəliliyi təmin edilib:

"Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində üç milli fəaliyyət planının icrası başa çatdırılıb. Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı isə hazırda uğurla icra edilməkdədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR