Almaniya geri çəkilir

Almaniya hərbi qüvvələri Türkiyədəki İncirlik hərbi bazasından geri çəkilməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Almaniya müdafiə naziri Ursula fon der Lyayen geri çəkilməklə bağlı yekun qərarın 7 iyunda veriləcəyini bildirib. Əsgərlərin İncirlikdən çəkilmə işlərinə isə növbəti həftədən başlanılacaq.

Almaniya xarici işlər naziri Siqmar Qabrielin Türkiyəyə dünənki səfərinin də nəticəsiz qaldığını bildirib. O, İncirlikdəki alman əsgərlərinin Almaniya vəkilləri ilə görüşməsini təmin etməyə çalışsa da, danışıqlar heç bir nəticə verməyib.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarına alman vəkillərinin yalnız Konyadakı NATO bazasını ziyarət edə biləcəklərinin mümkünlüyünü deyib.

Qeyd edək ki, Almaniya xarici işlər nazirinin Türkiyə baş naziri Binəli Yıldırımla nəzərdə tutulan görüşü də baş tutmayıb.

Almaniya mətbuatında çıxan xəbərlərə görə, parlament məsələ ilə bağlı 19 iyunda qərar qəbul edəcək.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR