"Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq"

"Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq"
12:27 6 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Bizim üçün həlledici şanslardan biridir. Bu baxımdan çox ciddi hazırlıq keçirik".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yığmamızın çalışdırıcısı Robert Prosineçki bunu "Belfast Telegraph"a açıqlamasında deyib. Xorvatiyalı mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını bildirib:

"Şimali İrlandiya ilə oyuna ciddi hazırlaşırıq. Matça yaxşı köklənmişik. Hesab edirik ki, bu qarşılaşma dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün vacib oyundur. Avstriya toplanışı bizə çox kömək olacaq. Bakıda əhəmiyyətli qarşılaşma baş tutacaq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR