Gəncədə əmtəə nişanlarını oğurlayıb satan şəxs saxlanılıb

Gəncədə əmtəə nişanlarını oğurlayıb satan şəxs saxlanılıb
12:47 6 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Rəhim Heydərovun evinə baxış zamanı oradan 1800 ədəd “Gəncə Şərab-2” və “Premium Vodka” yazılı etiket, 1794 ədəd spirtli içki başlığı və 887 ədəd aksiz markası aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə əmtəə nişanlarını R.Heydərova həmyerlisi İbrahim Allahverdiyevin satdığı məlum olub və o, saxlanılıb.
Araşdırmalarla İ.Allahverdiyevin bir ay əvvələ qədər “Gəncə Şərab-2” ASC-də işlədiyi, lakin oğurluq etməsi şübhə doğurduğundan, həmçinin işində yol verdiyi nöqsanlara görə oradan uzaqlaşdırıldığı aydın olub.
Saxlanılan İ.Allahverdiyev etiraf edib ki, işlədiyi müddətdə oğurladığı həmin əmtəə nişanlarını bağlamalarda zavodun ərazisində olarkən hasar üzərindən çölə atıb, işdən çıxandan sonra həmin yerdən götürməklə nəzarətdən yayına bilib və ələ keçirdiyi malları R.Heydərova satıb.
Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-emtee-nisanlarini-ogurlayib-satan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR