“Snam” TAP layihəsinin genişləndirilməsi ilə bağlı təklif irəli sürməyib (ÖZƏL)

“Snam” TAP layihəsinin genişləndirilməsi ilə bağlı təklif irəli sürməyib (ÖZƏL)
13:08 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

İtaliyanın “Snam” şirkəti “Qazprom”la danışıqlar zamanı Transadriatik Qaz Kəmərinin (TAP) genişləndirilməsi ilə bağlı heç bir təklif irəli sürməyib.

Bunu Trend-ə TAP-ın səhmdarlarından olan “Snam” şirkətinin rəsmi nümayəndəsi deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Kommersant” qəzetində “Qazprom”un Yunanıstan və İtaliyaya “Poseidon” kəməri vasitəsilə qaz ixrac etmək niyyətində olduğu barədə məlumat yer almışdı.

Məlumatda qeyd olunmuşdu ki, “Snam” rəhbərliyi bunun əvəzində TAP kəmərinin genişləndirilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2763153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR