"Arsenal" qapıçısını "Yuventus"a satdı

"Arsenal" qapıçısını "Yuventus"a satdı
13:12 6 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" polşalı qapıçı Voyçex Şesnını "Yuventus"a satıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca senyora" transferə görə qarşı tərəfə 14 milyon avro ödəyəcək. Müqavilədə əlavə 2 milyon avro bonus da nəzərə alınacaq. Şesnı Turin klubu ilə 4 illik müqavilə imzalayacaq. Onun məvacibi 4 milyon avro təşkil edəcək. Qapıçının performansından asılı olaraq bu məbləğ 4.5 milyon avroya çatdırıla bilər.

Şesnı son 2 ildə icarə əsasında "Roma"nın qapısını qoruyub. O, paytaxt klubunda ötən mövsüm 39 oyun keçirib və 41 top buraxıb, 14 oyunda isə qapısını toxunulmaz saxlaya bilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR