Bakıda ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin üçüncü görüşü keçirilir

Bakıda ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin üçüncü görüşü keçirilir
13:17 6 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatina (ECO) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərləri və ombudsmanlarının üçüncü görüşü başlayıb.
“Report” xəbər verir ki, tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan,Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Görüş çərçivəsində iştirakçılar ilk olaraq Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar. Eyni zamanda, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül-çiçək dəstələri düzən qonaqlar daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın baş prokuroru Zakir Qaralov və ECO baş katibinin müavini Ələvi Səbzivari tədbiri açıq elan ediblər.
Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlət başçısı İlham Əliyevin iştirakçılara ünvanlanan müraciətini səsləndirib.
Bugünkü görüşün sədri seçilən baş prokuror Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər barədə genişməlumat verərək busahədə çox böyük təcrübə qazanıldığını, mühüm qurumların yaradıldığını diqqətə çatdırıb.
O, bu qurumlar arasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin, dünyada nadir təcrübə olan “ASAN xidmət”in əhəmiyyətini xüsusi vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin üzvü, İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner və digər yerli və xarici nümayəndələr korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm tədbirlərdən danışıblar.
Tədbirin birinci plenar iclasında baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və eləcə də digər iştirakçı dövlətlərin ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının və prokurorluqlarının təmsilçiləri öz ölkələrində beynəlxalq mexanizmlərlə əməkdaşlıq təcrübəsini iştirakçılarla bölüşəcəklər.
Görüşün ilk gününün sonunda tədbir iştirakçıları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tanışlıq səfəri edəcəklər. Qonaqlar Baş İdarənin milli memarlıq üslubunda inşa edilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş inzibati binasında yaradılmış yüksək şəraitlə tanış olduqdan sonra onlara Baş İdarənin fəaliyyət potensialı barədə məlumat veriləcək.
İki gün davam edəcək tədbir zamanı beynəlxalq və regional qurumlar, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən həyata keçirilən ən yaxşı təcrübələr, effektiv mexanizm və tədbirlər, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yollarına dair məsələlər müzakirə ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bakida-eco-ya-uzv-dovletlerin-korrupsiyaya-qarsi-mubarize-teskilatlarinin-rehberleri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR