""Real" "Camp Nou"da bizi 6:2 məğlub edəndən sonra..."

""Real" "Camp Nou"da bizi 6:2 məğlub edəndən sonra..."
13:32 6 İyun 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın sabiq prezidenti Joan Laporta "Real Madrid"in Xosep Qvardiola dövründəki komanda ilə müqayisəsini absurd hesab edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Laporta bunları deyib:

""Real"ı Qvardiolanın "Barselona"sı ilə müqayisə etmək olmaz. Həmin dövrdəki "Barcelona" əsl sənət əsəri idi. "Real" 2009-cu ildə etdiyimiz kimi bütün titulları qazanıb bizi "Camp Nou"da 6:2 məğlub edəndən sonra müqayisə haqqında düşünmək olar".

"Barselona" 2008/09 mövsümünün 34-cü turunda "Real"ı səfərdə 662 hesabı ilə məğlub etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR