Hazırlıq tamamlandı: Rusiyanın iki il gözlədiyi MÜHARİBƏ BAŞLAYIR

Hazırlıq tamamlandı: Rusiyanın iki il gözlədiyi MÜHARİBƏ BAŞLAYIR
13:33 6 İyun 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya ordusunun Ukrayna sərhədinə yaxın ərazilərində təlimləri və döyüş hazırlığının yoxlanılması iki motivlə bağlı ola bilər: Ukrayna ordusunun mümkün hücumunun qarşısının alınmasına hazırlıq və şəxsi hücumun planlaşdırılması”.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu “İnformasiya müqaviməti” qrupunun koordinatoru , Ukrayna Ali Radasının üzvü Dmitri Tımçuk deyib.

Onun sözlərinə görə, 2016-cı il ərzində və 2017-ci ilin başlanğıcında Ukrayna ilə sərhəddə rusiyalıların hərbi qüvvələrinin yenidən format edilməsi prosesi gedib:

“Yeni diviziyalar və daimi dislokasiya yerləri yaradılıb, briqadaların yeri dəyişdirilib və genişləndirilib. Hazırda hərbi bölmələrin çox güclü və genişmiqyaslı yenidən təşkili başa çatıb. Növbəti mərhələ Rostov vilayətində daimi təlimlərdir”.

Deputat qeyd edir ki, Rusiya iki ildir Ukrayna ordusunun hücumunu gözləyir:

“Bu məqsədlə Ukrayna ilə sərhəd ərazisində və işğal edilmiş ərazilərdə döyüş hazırlığı məsələləri yerinə yetirilir. Təlimlərin ikinci mümkün səbəbi ehtimal edilən hücum əməliyyatlarıdır”.

Ekspert hesab edir ki, təlimlərə hansı qoşun bölmələrinin cəlb edilməsini müşahidə etmək lazımdır:

“Əgər səhra təlimlərinə hava desant qoşunlarının bölmələri cəlb edilərsə, böyük ehtimalla iddia etmək olar ki, hücuma hazırlıqdan söhbət gedir. Desantçılar xüsusi hücum alətidir. Desantçıların köməyi ilə müdafiəni yerinə yetirmək imkanları çox məhduddur. Müdafiə üçün desant bölmələrindən istifadənin müddəti çox azdır. Onların əsas vəzifəsi hücumdur”.

Qeyd edək ki, iyunun 5-də ilhaq edilmiş Krımda qırıcıların döyüş hazırlığının yoxlanılması üçün Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin Su-27 qırıcıları həyəcan üzrə havaya qaldırılıb. İyunun 2-də isə döyüş hazırlığının yoxlaması məqsədi ilə Rostov vilayətində yerləşdirilən 150-ci motoatıcı diviziyasında həyacan elan edilib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR