Dünyanın ən bahalı brendləri açıqlanıb

Dünyanın ən bahalı brendləri açıqlanıb
13:35 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” şirkətləri dünyanın ən bahalı brendləri beşliyinə daxil olub. Bu barədə Böyük Britaniyanın “WPP” və “Kantar Millward Brown” şirkətlərinin “The BrandZ Global Top 100” adlı birgə illik hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, bu il liderlər üçlüyü dəyişməz qalıb, “Amazon” şirkəti göstəricilərini yaxşılaşdıraraq yeddinci yerdən dördüncü pilləyə yüksəlib, “Facebook” mövqeyini qoruyub. Qeyd edilən şirkətlərin mədaxili reytinqdə yer alan yüz müəssisənin gəlirinin 25 faizini təşkil edir. Tədqiqatda iştirak edən brendlərin 2017-ci ildə ümumi dəyəri 8 faiz - 2016-cı ildəki 3,4 trilyon dollardan 3,6 trilyon dollaradək artıb.

“The BrandZ Global Top 100” reytinqində lider mövqeləri ilk günlərdən dünya arenasında fəaliyyət göstərən, güclü və innovativ platformalar üzərində qurulan internet nəhəngləri tutur”, - “Kantar Millward Brown” nümayəndəsi Piter Volş bildirib.

Tədqiqat zamanı analitiklər 3 milyondan çox alıcının dünyanın 50 bazarında təmsil olunan 120 min brendə münasibətini öyrəniblər. Bundan başqa, müxtəlif şirkətlərin maliyyə və biznes göstəriciləri nəzərə alınıb.

1971-ci ildə təsis edilən “WPP” şirkəti reklam və ictimaiyyətlə əlaqələr sahəsində fəaliyyət göstərir. O, brendlərin tədqiqi ilə məşğul olan və brend strategiyaları, reklamın hazırlanması və optimallaşdırılması və brend kapitalının öyrənilməsi sahəsində konsaltinq məsləhətləri təqdim edən “Kantar Millward Brown” şirkətinin sahibidir.

Nizam Nuriyev



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-48247-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR