Şəkidə 21 körpüsü olan MÖHTƏŞƏM MƏNZƏRƏLİ YOL - FOTO/VİDEO

Şəkidə 21 körpüsü olan MÖHTƏŞƏM MƏNZƏRƏLİ YOL - FOTO/VİDEO
13:38 6 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın körpülərin sayı ilə məşhur olan Şəki-Qax-Zaqatala avtomobil yolunda nə az, nə çox düz 21 ədəd körpü mövcuddur.

Publika.az “Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, 2015-ci ildə istifadəyə verilən yol təkcə yeni müasir görkəmi və rahatlığı ilə deyil, körpülərinin sayı ilə də diqqət çəkir.

Körpülərin sayı yerli vətəndaşlarla yanaşı, Şəki və Qaxa üz tutan turistlərin də marağına səbəb olur. Körpülərin sayının çox olmasını zəruri edən məqam yol boyu geniş məcraya malik çayların yerləşməsidir. Ancaq bu çayların sayı körpülərin sayı qədər çox deyil. Yol boyu cəmi 4 dağ çayı var – Kiş, Şin, Qaşqaçay və Kürmük. Görənlərin marağına səbəb olan körpülərin ümumi uzunluğu isə 2 km-dən çoxdur. Həmin körpülərin ən kiçiyi 12 metr, ən böyüyü isə 420 metr uzunluğundadır. Körpülərin ortalama eni 11.5 metr ümumi uzunluqları isə 2077 metrdir.

Ən böyük körpü Şəki ərazisində, Kiş çayı üzərində yerləşir. Yolun 0.1-ci km-də yerləşən körpünün uzunluğu 420 metrdir. Ən çox körpü yolun 8.6-9.7-ci km-lik hissəsidə yerləşir. Burda irili-xırdalı ard-arda 16 körpü var. 7 kiçik, orta və 5 böyük olmaqla körpülərin ümumi uzunluqları 1204 metrdir. Sözügedən körpülər Şəkinin Şin çayı ərazisində yerləşirlər. Ard-arda bu qədər körpünün bir çayın üzərində yerləşməsi məcranın kifayət qədər böyük olması ilə bağlıdır. Çayın məcrası avtomobil yolunun keçdiyi hissədə 1 km-dən artıqdır.

Çay üzərində yerləşən körpülərin uzunluqları kiçikdən böyüyə aşağıdakı kimidir:

1 ədəd 12 m-lik;

6 ədəd 24.2 və 24.5 m-lik;

2 ədəd 42 m-lik;

1 ədəd 96 m-lik;

3 ədəd 132 m-lik;

1 ədəd 150 m-lik;

1ədəd 258 m-lik.

Daha 4 körpü isə yolun Qax rayonu ərazisindən keçən hissəsində yerləşir. Yolun 27-ci km-də, Qaşqaçay çayı üzərində 1 ədəd 54 metr uzunluğunda, 33-cü km-də, Kürmük çayı üzərində isə hər birinin uzunluğu 133 metr olan 3 ədəd körpü yerləşir. Avtomobillə yolda hərəkətdə olarkən isə Kürmük çayı üzərində yerləşən 3 körpü 1 körpü kimi görünür. Yalnız çay məcrasından bunun əslində 3 ayrı körpü olduğu görünür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/201528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR