Məşhur müğənninin keçmiş məhkumla görüntüləri yayıldı - VİDEO - FOTO

Məşhur müğənninin keçmiş məhkumla görüntüləri yayıldı - VİDEO - FOTO
13:47 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Zərərçəkən fotosunu sosial şəbəkədə paylaşandan sonra "ən məşhur məhkum" halına gələn Ceremi Miiks almaniyalı modelyerin təşkil etdiyi partidə məşhur dizayner-müğənni Paris Hiltonla görüntülənib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 70-ci Kann Film Festivalında almaniyalı modelyer Filipp Pleinin təşkil etdiyi partidə qarşılaşan Paris Hilton və Ceremi Miiks birgə şəkil çəkdirməkdən yorulmayıblar.

36 yaşlı milyoner Hilton aktyor və model sevgilisi Kris Zylka ilə birgə qırmızı xalıdan keçib. Hilton Zylka və Miiks ilə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşmağa da ərinməyib.

Qeyd edək ki, Ceremi Miiks 2016-cı ilin mart ayında azalığa çıxdıqdan sonra məşhur kimi yaşamağa başlayıb.

ABŞ-da qeyri-qanuni olaraq silah saxlamaqda təqsirləndirildiyi üçün 27 ay həbs cəzasına məhkum edilən 33 yaşlı keçmiş məhkum gözəlliyi ilə məşhurluq qazanınca professional modellik karyerasına başlamışdı.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur müğənninin keçmiş məhkumla görüntüləri yayıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/551680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR