Avtobusların "Koroğlu"da əvvəlki yerlərində dayanmasına AZ QALDI (FOTO)

Avtobusların "Koroğlu"da əvvəlki yerlərində dayanmasına AZ QALDI (FOTO)
14:01 6 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Atletlər kəndinin nəqliyyat əməliyyatlarına görə yeri dəyişdirilən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində görülən işlər artıq yekunlaşır.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Mərkəzdə hərəkətin təhlükəsizliyi baxımından əlavə tədbirlər görülüb.

Avtobusların daxil olduğu perronların girişlərinə sürət azaldan maneələr qoyulub, sərnişinlər üçün məlumatverici və maarifləndirci löhvələr vurulub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR