4 yaşlı uşağın üzərinə qaynar su töküldü

4 yaşlı uşağın üzərinə qaynar su töküldü
14:05 6 İyun 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda 4 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində ağır xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində baş verib. 

Kənd sakini, 2003-cü il təvəllüdlü Əmiraslanov Samir Eyvaz oğlu yaşadığı evdə oyun oynayan zaman üzərinə içərisi qaynar suyla dolu qazan aşırdıb.

Nəticədə ağır yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR