Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar

Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar
14:12 6 İyun 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya müxalifəti alyansının "Suriya demokratik qüvvələri"nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu alyansın nümayəndələrindən biri deyib.
 
O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə yanaşı döyüşüblər.
 
Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.
 
Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR