Zooparkda pələnglərin saxlandığı volyeri ayıran arxın yanına gətirilmiş uzunqulağı suya atıblar.
Pələnglər də zavallı heyvanı yarım saat ərzində parçalayıb yeyiblər.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin şərqindəki Çançjou şəhərinin zooparkında yaşanıb.
Qara ulağı suya atan kimi ona iki pələng yaxınlaşıb. Pələnglərdən biri onu sıxmağa başlayıb, digər pələng isə onu pəncəsi ilə özünə tərəf çəkib.
Hər şey yarım saat sonra bitib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində