İcra başçısı qəzada ölən qardaşından danışdı

İcra başçısı qəzada ölən qardaşından danışdı
14:22 6 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Zərdab rayon icra başçısı Lütvəli Babayev qardaşı Əliağa Babayevin Rusiyada yol qəzasında dünyasını dəyişməsindən danışıb.

Milli.Az xəbər verir ki, icra başçısı qafqazinfo-ya bildirib ki, qardaşının ürəyində problem var idi: "Ürəyinə iki dəfə stend qoyulmuşdu. Oruc tutan, namaz qılan adam idi. Bu il 60 yaşı tamam olmuşdu.  Ona deyirdilər  ki, maşın idarə etmə". 

L.Babayev qəzanın baş vermə şəraitindən də bəhs edib:

"Maşın yoldan çıxaraq çəmənliyə düşüb və qardaşımı kənara atıb. O da başından aldığı zərbədən dünyasını dəyişib. "Lexus" markalı maşın idarə edirdi. O, Novosibirsk  Azərbaycanlıları Cəmiyyətinin vitse-prezidenti idi. 2 oğlu var. Vladimir Putin ona ən yüksək ali dövlət mükafatı vermişdi. Cənazəsi sabah Bakıya gətiriləcək və Mingəçevirdə dəfn olunacaq.

Mərhumun yası da Mingəçevir şəhərində olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR