Türkiyə Baş prokurorunun müavini: “Azərbaycan regionun nüfuzlu ölkəsinə çevrilib”

Türkiyə Baş prokurorunun müavini: “Azərbaycan regionun nüfuzlu ölkəsinə çevrilib”
14:23 6 İyun 2017
37 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan regionun nüfuzlu və müasir ölkəsinə çevrilib”.

Publika.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların 3-cü iclasında çıxışı zamanı Türkiyə Baş prokurorunun müavini Halil Adıgüzel bildirib.

Bir neçə il öncə Azərbaycanda səfərdə olduğunu xatırladan Halil Adıgüzel deyib ki, ötən qısa vaxt ərzində Azərbaycan xeyli dəyişib və inkişaf edib:

“İqtisadi Əməkdaşlıq Təşkilatının bu toplantısının Bakıda keçirilməsi bizim üçün çox qürurvericidir. Qarşıdakı günlərdə Azərbaycan “Formula 1” yarışlarına da ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın inkişafının göstəricisidir. Bu gün cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan regionun nüfuzlu dövlətinə çevrilib”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR