Azərbaycan - Şimali İrlandiya oyununa satılan bilet sayı

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Şimali İrlandiya oyununa satılan biletlərin sayı açıqlanıb.

Metbuat.az AFFA-ya istinadən xəbər verir ki, , oyuna artıq 15.800 bilet satılıb.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 4 və 5 manat təşkil edir. VIP sektorda yerlərin qiyməti isə 25 manatdır.

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR