“Neftçi” "Anji”, "Qəbələ" "Krasnodar"la qarşılaşacaq

“Neftçi” "Anji”, "Qəbələ" "Krasnodar"la qarşılaşacaq
14:37 6 İyun 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin U-14 komandası iyunun 6-dan 11-dək Rusiyanın Mahaçqala şəhərində keçiriləcək "Caspian Cup-2017” beynəlxalq turnirində iştirak edəcək. 


Fanat.Az xəbər verir ki, 8 komandanın 2 qrupda mübarizə aparacağı turnirdə "ağ-qaralar”ın rəqibləri "Dinamo” (Tiflis), "Yunost” (Vladiqafqaz) və "Anji” (Mahaçqala) olacaq.

 

Komanda B qrupundakı ilk oyununu bu gün Tiflis "Dinamo”suna qarşı keçirəcək. İyunun 7-də "Yunost”la qarşılaşacaq "Neftçi”nin bundan bir gün sonrakı rəqibi "Anji” olacaq. Təmsilçimizin qrup oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

 

"Qəbələ” klubunun da yer aldığı digər qrupda "Krasnodar” (Krasnodar), "Ramzan” (Qroznı) və "Rostov” (Rostov) komandaları yarışacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neftci-quotanji-quotqblquot-quotkrasnodarquotla-qarlaacaq-t58558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR