ABŞ - Rusiya müharibəsi başlaya bilər

Rusiya rekativləri ABŞ qırıcı təyyarələrinin qarşısını kəsib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, Baltik dənizi üzərində Rusiyanın rekativləri tərəfindən Amerikanın “B-52” qırıcı təyyarəsinin qarşısı alınıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda Rusiyanın qərb sərhəddində yerləşən Latviyada NATO-nun təlimləri keçirilir. Rusiya tərəfindən qarşısı alınan bu təyyarənin sözügedən təlimlər zamanı havaya qalxdığı deyilir. Bununla bağlı rəsmi qurumlar hələ ki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, “BALTOPS 2017” adı verilən təlimlərdə ABŞ donanması da iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR