Azərbaycan yığmasının voleybolçusu "Fənərbağça"dakı hədəfini açıqlayıb

Azərbaycan yığmasının voleybolçusu "Fənərbağça"dakı hədəfini açıqlayıb
15:07 6 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ “Fənərbağça" çox böyük klubdur. Bu ailənin, bu cameənin üzvü olduğum üçün çox xoşbəxt və həyəcanlıyam. Uğurla çıxış etmək və kuboklar qazanmaq üçün nə lazımdırsa, edəcəyəm”.
"Report"un məlumatına görə, bunu Türkiyə "Fənərbağça"sı ilə rəsmi müqavilə bağlayan Azərbaycan milli komandasının qadın voleybolçusu Polina Rəhimova klubun rəsmi saytına açıqlamasında deyib. 27 yaşlı oyunçu daha yaxşı səvviyəyə çatmaq üçün səylə çalışacağını bildirib. O, "Fənərbağça"nın ən yaxşı komanda olduğunu vurğulayıb: "Komanda ilə birgə daha yüksək səviyyələrə çatmaq üçün çalışacağam. İnanıram ki, kollektiv səylər nəticəsində yeni-yeni kuboklar qazanacağıq".
Qeyd edək ki, Polina Rəhimova 1 illik müqaviləyə imza atıb. 





Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-yigmasinin-voleybolcusu-fenerbagca-daki-hedefini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR