Auditorlar Palatası ötən ili zərərlə başa vurub

Auditorlar Palatası ötən ili zərərlə başa vurub
15:12 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ 2016-cı ildə Auditorlar Palatası 625 691 manat əməliyyat gəliri əldə edib.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci illə müqayisədə 13,5% çoxdur. 
Əməliyyat gəlirlərinin 578 791 manatını və yaxud 92,5%-ni üzvlük haqları, 14 900 manatını və yaxud 2,4%-ni ixtisasartırma və imtahan gəlirləri, 32 000 manatını və yaxud 5,1%-ni qrant və ianələr təşkil edib. 
2016-cı ildə Auditorlar Palatasının əməliyyat xərcləri isə 2015-ci illə müqayisədə 28,8% artaraq 630 119 manata çatıb. Bunun 322 903 manatı və yaxud 51%-i işçilərə çəkilən xərclər təşkil edib. 
Beləliklə, Auditorlar Palatası 2016-cı iliə 4 428 manat zərərlə başa vurub. Xatırladaq ki, Palata 2015-cı ildən 62 179 manat mənfəətlə çıxmışdı. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/auditorlar-palatasi-oten-ili-zererle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR