“Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb

“Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb
15:17 6 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Zülfi Hacıyev” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb.
Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, hazırda gəminin suüstü hissəsinin rənglənməsi, sükan və avar qurğularının yığılması, sağ ballerin yonulması işləri görülür. Gəmi üzrə gövdə-qaynaq işləri isə başa çatmaq üzrədir. Kran gəmisinin braşpil və arxa şpili, elektrik və avtomatika sahələri də təmir olunacaq. Həmçinin, beş ədəd yeni qapı hazırlanacaq.
"Təmirçilərin məlumatına görə, gəminin sinxron generatorları sökülüb. Hazırda qüsurların aydınlaşdırılması işləri yerinə yetirilir. Baş generatorların texniki vəziyyətinə baxış keçirilib və qənaətbəxş hesab edilib. Gəminin tərsanədən salınması iyunun 10-na planlaşdırılır, tam təmirdən çıxması isə iyunun 25-nə nəzərdə tutulur",- deyə məlumatda bildirilib.
Xatırladaq ki, “Zülfi Hacıyev” kran gəmisinin uzunluğu 98,98 metr, eni isə 17,43 met, sürəti 11,35 uzeldir. Kranın yükqaldırma qabiliyyəti 100 tondur.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/zulfi-haciyev-kran-gemisi-bibiheybet-gemi-temiri-zavodunda-tersaneye-qaldirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR