İsmayıllıda "KAMAZ" yandı

İsmayıllının Girk kəndində "KAMAZ" markalı yük avtomobili yanıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yük avtomobilinin yanar hissələri və banına yığılmış 8 ton ot bağlaması yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR