Qanı təmizləyən sarımsaq CÖVHƏRİ

Sarımsaq faydaları saymaqla bitməyən bitkidir.

Metbuat.az xəbər verir ki, sarımsaqdan xörəklərdə və ya turşuya qoyulmuş sarımsaqdan vərəm xəstəliyi zamanı, sinə iltihabını təmizləmək məqsədilə işlədilir. Sarımsaq yemək iştahı artırır, qidanın həll olunmasına kömək edir, mədə rütubətini toplayır və aşağı salır, qatı qanı durulaşdırır.

Tibet təbabəti damarların qanın təmizlənməsi üçün öz sarımsaq reseptini təklif edir. Sarımsaq cövhərini hazırlamaq üçün 40 qram xırdalanmış sarımsağı bankaya tökün və içinə 100 ml spirt, yaxud da araq əlavə edin. Onu 10 gün ərzində qaranlıq və sərin yerdə saxlayın. 10 gün sonra sarımsağı süzün. əldə edilən cövhəri gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 10 damcı qəbul edin. Sarımsaqla təmizlənmə kursu 10 gündən 1 aya qədər çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR