Şagirdlər üçün yay olimpiada düşərgəsi təşkil ediləcək

Şagirdlər üçün yay olimpiada düşərgəsi təşkil ediləcək
15:29 6 İyun 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən şagirdlərin yay tətilində riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Trend-ə verilən məlumata görə, düşərgə iyunun 16-dan iyulun 16-dək Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə reallaşdırılacaq.

Yay olimpiada düşərgəsi həftənin 3 günü, hər gün 3 saat olmaqla həyata keçiriləcək.

Düşərgədə məşğələlər ilkin olimpiada hazırlıq işini bilən mütəxəssislər tərəfindən aparılacaq.

Yay olimpiada düşərgəsində V-VI və VII-VIII siniflər bir yerdə olmaqla məşğələlər aparılacaq.

Sonda şagirdlərlə kiçik müsabiqə keçiriləcək və yay düşərgəsinin qalibləri müəyyənləşdiriləcək. Həmçinin, məktəblilərə öncədən müəllimlər tərəfindən hazırlanan yay tapşırığı toplusu təqdim ediləcək.

Yay olimpiada düşərgəsində iştirak edən bütün şagirdlərə sonda sertifikatlar veriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2763370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR