Bakı metrosunda gediş haqqı 30 qəpik oldu?

Son günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib.

Gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.

PressClub.Az xəbər verir ki, məsələ ilə bağlı lent.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:

“Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir”.

Tarif Şurasının da mövqeyini almağa çalışsaq da, əlaqə yaratmaq mümkün olmayıb. //Lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR