Təcili yardım gücləndirilmiş rejimə keçir

Təcili yardım gücləndirilmiş rejimə keçir
15:44 6 İyun 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

“Bu il Bakıda keçiriləcək Formula 1” Azərbaycan Qran Prisi yarışması ilə əlaqədar idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım etmək üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tam hazır vəziyyətdədir.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkim müavini Murad Mirzəzadə Lent.az-a bildirib ki, ümumilikdə 33 briqada tapşırıq üzrə fəaliyyət göstərəcək: “25 briqada yarışma zamanı idmançılara, tamaşaçılara xidmət göstərmək üçün nəzərdə tutulub. "Atletlər kəndi"ndə də təcili yardım briqadaları fəaliyyət göstərəcək.

 

İyunun 19-dan yollar bağlı olacağı üçün bəzi ərazilərdə yaşayan sakinlərə, işləyənlərə yardım etmək məqsədilə də 8 briqada ayrılıb. Qapalı zonaların, “İçərişəhər” metrostansiyası və Hökumət evi dairəsinin hər birində 3 briqada xidmət göstərəcək. Üstəlik, M.F. Axundov adına Milli kitabxananın yanında, piyada keçidi tərəfdə 1 və  Monolit Plazanın yanında piyada keçidi tərəfdə də 1 briqada daima növbətçilik çəkəcək". 

 

M.Mirzəzadə bildirib ki, yarışlarda hər kəsə təcili yardım göstərmək üçün kifayət qədər həkim briqadası var: “ 90-a yaxın  həkim heyəti nəzərdə tutulub. Bunlar da keçən il təlimatdan keçmiş və oyunlarda iştirak etmiş həkimlərdən seçilib. Onlar işi bilir deyə, bu il xidmət göstərmək daha asan olacaq. Zərurət olarsa, zərərçəkənlərə xidmət göstərməyə hazırıq”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR