Bakıda sərnişinlə dolu iki avtobus toqquşdu

Bakıda sərnişin avtobus qəza törədib, yaralananlar var.

Məlumata əsasən hadisə Zabrat yolunda baş verib.

Belə ki, 10- TE-168 qeydiyyat nömrə nişanlı, 98 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib. //Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR