Kamran Əliyev: "Qüdrət Şükürovla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmayıb"

Kamran Əliyev: "Qüdrət Şükürovla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmayıb"
15:57 6 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycan baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı yayılan məlumatlara münasibət bildirib.
“Report”un xəbərinə görə, K.Əliyev deyib ki, Q.Şükürovla bağlı Baş İdarəyə müraciət olunmayıb: “Baş idarə tərəfindən istənilən müraciətlə bağlı rəsmi aradırma aparılır. Belə araşdırmalar olanda ictimaiyyətə də açıqlayırıq. Konkret bu məsələ ilə bağlı müraciət olunmayıb. Əgər bununla bağlı baş idarənin məlumatı yayılmayıbsa, deməli, müraciət edilməyib”

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/kamran-eliyev-qudret-sukurovla-bagli-korrupsiyaya-qarsi-mubarize-bas-i-daresine-muraciet-olunmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR