Paytaxtın bu küçə və prospektində hərəkət tam məhdudlaşdırılır

Paytaxtın bu küçə və prospektində hərəkət tam məhdudlaşdırılır
16:05 6 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Yasamal rayonu "Sovetski" ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir.

"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən Milli.Az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabahdan etibarən sözügedən küçə və prospektlə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR