İmişlidə dəhşətli qəza ölümlə nəticələndi - VİDEO - FOTO

İmişlidə dəhşətli qəza ölümlə nəticələndi - VİDEO - FOTO
16:05 6 İyun 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidə yük və minik maşınlarının toqquşması bir nəfərin ölümünə səbəb olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, ağır qəza Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərasizindən keçən hissəsində qeydə alınıb.

İmişli istiqamətində hərəkətdə olan rayon sakini Vaqif Əbilovun idarə etdiyi "Mersedes" markalı minik maşını təkəri partladığından yol kənarında dayanan İmişli sakini Vüqar Ağaşova məxsus "QAZ 53"-ə çırpılıb.

Hadisə zamanı sürücülər xəsarət almasa da, minik maşınının sərnişini, İmişli rayon sakini 59 yaşlı Vaqif Məmmədov dünyasını dəyişib. Avtomobildə sıxılıb qalan cəsəd FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İmişlidə dəhşətli qəza ölümlə nəticələndi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/551732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR